Nigar Yaqubluya 12 saat sərbəstlik verilib

Nigar Yaqubluya 12 saat sərbəstlik verilib
01:00 03.03.2013
1281
Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublu məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə APA-ya N. Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, qanuna uyğun olaraq N. Yaqubluya gün ərzində 12 saat sərbəstlik verilib və o bu müddəti evində, doğmaları ilə bir yerdə olacaq.

Hazırda N. Yaqublunun bu hüquqdan istifadə edərək evlərinə getdiyi bildirilir.

Qeyd edək ki, Nigar Yaqublu ötən il sentyabrın 11-də saxlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Yaqublu 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan da məhrum olunub. Həmin hökmdən isə apellyasiya şikayəti verilib. Şikayət təmin olunmayıb.

OXŞAR XƏBƏRLƏR