Nigar yenə Röyaya "sataşdı": “Sən rus dili bilmirsənsə, mən neyləyim? - VİDEO

Nigar yenə Röyaya "sataşdı": “Sən rus dili bilmirsənsə, mən neyləyim? - VİDEO
MAQAZİN
17:22 20.12.2017
1835

Müğənnilər Nigar Camal və Samir Cavadzadə "Show time” verilişinin qonağı olublar.

AZXEBER.COM-un məlumatına görə, proqram zamanı sənətçilər əməkdar artist Röya Ayxanı ələ salıblar. 

Samir bu qalmaqalı əhəmiyyətsiz adlandırıb:

"Söz-söhbət başlayanda Nigar əsəbiləşmirdi. Biz hər şeyə yumorla yanaşırıq. Hər gün bu söhbətlərə gülürük. Bağışla, Nigar sənə "bu" dedim (gülürlər). Axırıncı günü Nigar nəsə yazdı. Burada böyük nəsə yoxdur. Röyanın əhvalı hər 15 dəqiqədən bir dəyişir. Əkizlər bürcüdür, ola bilər”.

Nigar aralarında yaşanan qalmaqala münasibət bildirib:

"Sən rus dili bilmirsən, mən neyləyim? (gülür) Sosial şəbəkədə canlı yayıma qoşuluram, insanlar da mənə bu qalmaqal barədə sual verirlər. İstəyirsən ki, onlara qəşəng formada nəsə cavab yazasan, alınmır. Saytları da açıram ki, biri elə yazıb, biri də belə. Mənim də beynim çöndü. Bilirsiniz, elə bil insanların özü qalmaqal istəyir. Sosial şəbəkədə hətta məni də söyürdülər. Bu nə deməkdir? Əvvəldən Röyaya deyirdim ki, əgər nəsə xoşuna gəlmədisə, mənə zəng et de. Türkiyədə bir şəhərdə qalırdıq. Zəng edib deyərdin ki, Nigar, sənlə işim var, gəl görüşək. Bu məsələni oturub danışardıq”.

Samir Nigarın sözlərinə "Röya məni öldürəcək" cavabını verib.

Qeyd edək ki, R.Ayxanla N.Camal arasındakı qalmaqal "Altın Kelebek” mükafatlandırma mərasimində başlayıb. 

 

OXŞAR XƏBƏRLƏR