"Nigardan ötrü ölürdüm, hara getsəm onu daşıyırdım. Türkiyəyə getməmişdən qabaq Nihat Odabaşı Bakıya gəlmişdi. Nigara zəng vurdum ki, birgə yemək yeyək. Razılaşdı, amma axşam zəng vuranda dedi ki, Londona uçuram, yoxam. Elə birtəhər gəldi ki, bu qız mənə deməmiş niyə Londona gedib? O instaqramda təbrik etmələr filan... Bunlar deyəsən öyrəşdilər baş bağlayıb açmağa”.
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan "Xəzər maqazin”ə açıqlamasında deyib. Müğənni həmkarı Nigar Camalla yaşadığı qalmaqala münasibət bildirib.
O, keçmiş rəfiqəsi haqqında hər kəsi təəccübləndirəcək iddialar səsləndirib:
"Mənlə Türkiyəyə stilist Elnur Həsənov getməli idi. Onun da Allah canını sağ eləsin. Dedi ki, gəlinlərimi qoya bilmirəm. Mən də dedim ki, hansısa bir qız toy günündə ağlamasın. Eybi olmaz. Stilist Anar Ağakişiyevi də Nigar bron etmişdi. Axşam ona dedim ki, vaxtın olsa məni də bəzəyərsən. Bunu da Nigar bildi və icazə vermədi. Anara zəng vurub dedim ki, narahat olma. bilirəm ki, səni Nigar qoymur. Qırmızı xalçada Nəsiblə (aparıcı Nəsib Nur) salamlaşmışam. Keçmişəm kənara, onları gözləyirəm. Mən nə bilim ki, bu qız deyir ki, Röya çıxıb getsin, mən tək qırmızı xalça üzərinə çıxım. Çox səy qızam, bunu bildim.