Tanınmış vizajist, müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovanın xınayaxtı mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, Nigar İbrahimova oktyabr ayının 31-i Ruslan adlı şəxslə ailə həyatı quracaq.Gələcək həyat yoldaşını xanım özü seçib,sevdiyini bildirib.Vizajist təmtərahlı toy mərasimi istəmədiyini, sadə və sakit bir məclis olacağını bildirib. İradə İbrahimova da arzularını bacısına çatdırıb: "Nigar bizim üçün tək bacı olmayıb. Hər zaman özünü bizə görə fəda edib. Çox sevinirəm ki, o da ailə qurur. Nigara ən az mənim qədər xoşbəxt olmağı arzulayıram”.