Əməkdar artist Nigar Şabanova və müğənni Vasif Azimov yeni layihə ilə çıxış ediblər.
AZXEBER.COM xəbər verir ki, sənətçilər sözləri Adil Babayevə, musiqisi isə Şəfiqə Axundovaya məxsus olan məşhur "Həsrətindən” bəstəsinə yeni nəfəs veriblər.
Yeni aranjimanda təqdim olunan ifa əsərin dəsti-xəttini qorumaqla yanaşı, müasir toxunuşlarla da rəngləndirilib.
Qeyd edək ki, layihə dinləyicilər tərəfindən maraqla qarşılanıb.










































