Nigerdə törədilən terror aktı və ardınca baş verən yol qəzasında 12 əsgər həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, paytaxt Niameydən 200 kilometr aralıda yerləşən Tillaberi bölgəsindəki Kandadji şəhərində motosikletli naməlum şəxslər ordunun mövqelərinə hücum edib.
Hücumda 7 əsgər həyatını itirib, hücuma məruz qalan birliyi gücləndirmək üçün yola çıxan 5 əsgər isə yol qəzasında həyatını itirib.
Terrorçularla qarşıdurmada 100-ə yaxın terrorçu zərərsizləşdirilib, onların silahları və motosikletləri müsadirə edilib.
Mikayıl