Nigeriyanın Adamava və Borno ştatlarında terror təşkilatları "Boko Haram" və "İŞİD-in Qərbi Afrika qolu" (ISWAP) üzvlərinə qarşı keçirilən əməliyyatlar nəticəsində 17 terrorçu məhv edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkədə terrorçulara qarşı həyata keçirilən "Hadin Kai" əməliyyatının Ordu İctimaiyyətlə Əlaqələr İdarəsinin müvəqqəti rəhbəri Rueben Kovangiya yazılı açıqlama yayıb.
Kovangiya bildirib ki, həyata keçirilən əməliyyatlar zamanı çoxsaylı terrorçular yaralanaraq qaçmağa müvəffəq olub. O həmçinin qeyd edib ki, əməliyyatlar zamanı terrorçular tərəfindən müxtəlif ərazilərə yerləşdirilmiş 14 ədəd partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.
Xatırladaq ki, 2000-ci illərin əvvəlindən bəri Nigeriyada fəaliyyət göstərən "Boko Haram" təşkilatı 2009-cu ildən etibarən genişmiqyaslı terror hücumlarına başlayıb və bu hücumlar nəticəsində on minlərlə insan həyatını itirib.
Terror təşkilatı 2015-ci ildən etibarən Kamerun, Çad və Niger kimi qonşu ölkələrdə də hücumlar təşkil edir. Çad gölü hövzəsində baş verən hücumlar zamanı azı 2 min insanın öldüyü bildirilir.
Ölkədə davam edən terror hücumları və silahlı toqquşmalar səbəbindən yüz minlərlə insan evlərini tərk edərək başqa ərazilərə köçməyə məcbur olub.
Oksana