Nigeriyanın şimalındakı Kano əyalətində avtobusun çaya aşması nəticəsində milli idman festivalından qayıdan azı 20 idmançı həlak olub.
Avtobusda 30 idmançı olub. Onlardan bəziləri xəsarət alıb.
Hadisənin onlar Oqun əyalətinin Abeokuta şəhərində keçirilən idman festivalından qayıdarkən Kur ərazisi yaxınlığında baş verdiyi bildirilir.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
/Report