Nigeriyada bir neçə gün ərzində yaraqlılar 50-dən çox insanı öldürüblər

Nigeriyada bir neçə gün ərzində yaraqlılar 50-dən çox insanı öldürüblər
DÜNYA
18:53 07.04.2025
283
Nigeriyanın Plato ştatında bir neçə gün ərzində yaraqlılar azı 52 nəfər öldürüblər, təxminən 2000 nəfər isə evlərini tərk etməyə məcbur olub.

Bu barədə "Reuters” agentliyi Nigeriyanın Milli Fövqəladə Hallar Agentliyinə istinadən məlumat yayıb.

"Hücumlar ötən həftə Bokkos dairəsinin altı kəndində baş verib. Səbəbləri məlum deyil. Bu, 2023-cü ilin dekabrından bəri regionda ən böyük zorakılıq dalğasıdır, həmin vaxt 100-dən çox insan həlak olmuşdu", - məlumatda bildirilib.

Plato ştatı uzun müddətdir fermerlərlə maldarlar arasında gərginlik və dövri toqquşmalar zonası olaraq qalır.
 
\report
OXŞAR XƏBƏRLƏR