Nigeriyada daşqın nəticəsində 21 nəfər ölüb

Nigeriyada daşqın nəticəsində 21 nəfər ölüb
DÜNYA
22:04 29.05.2025
398
Nigeriyanın mərkəzi hissəsində baş verən güclü daşqınlar nəticəsində 20-dən çox insan ölüb.

Bu barədə "Daily Nigerian” qəzeti məlumat yayıb.

Məlumata görə, 3 nəfərin həyatı xilas edilərək Mokva şəhərinin mərkəzi xəstəxanasına yerləşdirilib.

İndiyədək 21 nəfərin meyiti tapılıb, daha 10 nəfər itkin düşmüş hesab olunur. Daşqın nəticəsində 50 ev su altında qalıb.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
 
/APA
OXŞAR XƏBƏRLƏR