Nigeriyada aylardır davam edən leysan yağışlarından meydana gələn daşqınlarda həyatını itirənlərin sayı 321-ə yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə qubernatoru Çukvuma Soludo jurnalistlərə hesabat xarakterli açıqlamasında deyib.
Seldə həyatını itirənlərin sayının 321-ə yüksəldiyini qeyd edən Soludo, 2 min 854 adamın da yaralandığını bildirib.
Ümumilikdə 1 milyon 300 mindən çox insan maddi, mənəvi zərər çəkib.
Cəmalə