Nigeriyada difteriya epidemiyasının ikinci dalğası başlayıb

Nigeriyada difteriya epidemiyasının ikinci dalğası başlayıb
DÜNYA
11:52 20.10.2023
139
 
Qərbi Afrika ölkələrindən olan Nigeriyada yayılmağa davam edən difteriya epidemiyasına yoluxanların sayı təxminən 9 min 500-ə çatıb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, 1 yanvar - 20 oktyabr tarixləri arasında difteriya 20 ştatın 137 rayonunda, eləcə də paytaxt Abucada yayılmağa davam edir. Bu müddət ərzində 15 min 60 şübhəli xəstə qeydə alınıb və 9 min 478-in analizlərinin nəticəsi müsbət olub.

Təsdiqlənmiş xəstələrin 71,5 faizinin 1-14 yaş arası uşaqlar olduğu açıqlanıb. Epidemiyanın episentri olan Kano əyaləti 7 min 747 ilə birinci, Yobe əyaləti isə 841 yoluxma ilə ikinci yerdədir. Səhiyyə və sosial təminat naziri Məhəmməd Pate qeyd edib ki, ölkənin 19 ştatında difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyanın ikinci dalğasının başladığını təsdiqləyib.

Aysel

OXŞAR XƏBƏRLƏR