Nigeriyanın Zamfara əyalətində silahlı dəstə üzvləri tərəfindən girov götürülən 64 uşaq və qadın azad edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zamfara əyalətinin sözçüsü Süleyman Bala açıqlamasında bildirib ki, əyalətə göndərilən ordu silahlı dəstə üzvlərinə qarşı intensiv əməliyyatlar keçirib.
Sözçü qeyd edib ki, əsgərlərin bölgədə apardığı hərbi əməliyyatlar nəticəsində 64 uşaq və qadın qaçırılanların əlindən azad edilib.
Zamfara əyalətinə intensiv hərbi yüklərin gedişatını dəyişdiyini bildirən Bala "Bu strategiya silahlı dəstə üzvlərinə təzyiq göstərərək, onları qonşu ölkələrə qaçmağa və əsirlərini tərk etməyə məcbur etdi", - deyib.
Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.
Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.
Mikayıl