Nigeriyada "Lassa" qızdırmasından ölənlərin sayı artdı

Nigeriyada "Lassa" qızdırmasından ölənlərin sayı artdı
DÜNYA
16:32 22.10.2025
74
Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 172-yə çatıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması xəstəliyi sürətlə yayılmağa davam edir.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) yaydığı məlumata görə, paytaxt Abuca ilə yanaşı, ölkənin 21 ştatında da virusla bağlı vəziyyət gərgin olaraq qalır.

Rəsmi statistikaya əsasən, 1 yanvardan bu günədək 924 yoluxma halı qeydə alınıb. Lassa virusu nəticəsində həyatını itirənlərin sayı isə 172 nəfərə yüksəlib. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR