Nigeriyada məscidə hücum - 44 ölü, 13 yaralı

Nigeriyada məscidə hücum - 44 ölü, 13 yaralı
DÜNYA
19:50 22.03.2025
352
Nigeriyanın cənub-qərbində məscidə silahlı hücum olunub, azı 44 nəfər öldürülüb.

"Qafqazinfo” xəbər verir ki, bu haqda "Al-Jazeera” telekanalı məlumat yayıb.

Hücumla əlaqədar ölkədə üçgünlük matəm elan edilib.

Ölkənin daxili işlər naziri Mohamed Toumba 4-ü ağır olmaqla 13 nəfərin yaralandığını açıqlayıb. Nazir hücumun İŞİD terror təşkilatına bağlı təşkilatlar tərəfindən həyata keçirildiyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR