Nigeriyada məscidə terror hücumu: 6 nəfər ölüb

Nigeriyada məscidə terror hücumu: 6 nəfər ölüb
DÜNYA
17:44 26.02.2026
352
Nigeriyanın Kebbi əyalətində yerləşən məscidlərdən birinə silahlı hücum təşkil edilib. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kebbi əyalət polis sözçüsü Bəşir Usman yazılı açıqlamasında bildirib ki, Lakurava terror qrupunun üzvü olmaqda şübhəli bilinən şəxslər Dadin Kova bölgəsində təravih namazı qılan insanlara silahlı hücum ediblər.

Onun sözlərinə görə, hücum əsgərlərə qarşı baş tutmayan pusqudan sonra qisas məqsədilə törədilib. "Hücum əsgərlərə qarşı uğursuz pusqudan sonra şübhəli Lakurava terrorçu elementlərinin qisası idi”, – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Lakurava terror qruplaşması bundan əvvəl fevralın 20-də Kebbi əyalətində həyata keçirdiyi silahlı hücum zamanı 30-dan çox insanı qətlə yetirmişdi.

Xatırladaq ki, Nigeriya uzun illərdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP kimi terror qruplaşmalarının hücumları ilə üz-üzə qalır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR