Nigeriyada mülki şəxslər hədəfdə: ölənlərin sayı 170-ə yüksəldi

Nigeriyada mülki şəxslər hədəfdə: ölənlərin sayı 170-ə yüksəldi
DÜNYA
12:29 05.02.2026
268
Nigeriyanın Kvara əyalətində silahlı qrupların mülki şəxsləri hədəf alan hücumları nəticəsində ölənlərin sayı 170-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kvara Ştat Məclisinin üzvü Səidu Baba Əhməd bildirib ki, hələ də meşəlik ərazilərdə cəsədlərin axtarışı davam edir. Onun sözlərinə görə, hücumlar zamanı 35 qadın qaçırılıb, sağ qalan mülki şəxslər isə təhlükəsizlik məqsədilə meşədə gizlənməyə məcbur qalıblar.

Kvara əyalətinin qubernatoru Əbdürrəhman Əbdürrəzzaq hadisə ilə bağlı açıqlamasında Prezident Bola Əhməd Tinubunun cinayətkar qruplara qarşı aparılan "Savanna Qalxanı Əməliyyatı” çərçivəsində bölgəyə dərhal ordu batalyonunun yerləşdirilməsini təsdiqlədiyini bildirib.

Kvara Mərkəzi Senatoru Saliu Mustafa daha əvvəl yaydığı yazılı açıqlamada silahlı bir qrupun dünən gecə ştatın Voro və Nuku rayonlarında hücumlar həyata keçirdiyini qeyd etmişdi.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatının hücumları ilə üzləşir.
OXŞAR XƏBƏRLƏR