Nigeriyada oğurlanan məktəblilərdən 50-si qaçıb

Nigeriyada oğurlanan məktəblilərdən 50-si qaçıb
DÜNYA
22:14 23.11.2025
126
Terrorçular tərəfindən qərbi Nigeriyadakı katolik məktəbindən zorla aparılan 300-dən çox şagirddən 50-si qaçmağı bacarıb.

Bu barədə "Agence France-Presse" məlumat yayıb.

Məlumata görə, 50 şagird valideynlərinin yanına qayıdıb.

Xatırladaq ki, 20-21 noyabr gecəsi cinayətkarlar Nigeriyanın qərbindəki Müqəddəs Məryəm Katolik Məktəbinə hücum edib və 12 müəllim də daxil olmaqla 300-dən çox insanı zorla qaçırıblar.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR