Nigeriyada partlayış: Ölənlər var

Nigeriyada partlayış: Ölənlər var
DÜNYA
10:57 10.06.2025
267
Nigeriyanın şimal-qərbindəki Sokoto ştatında baş verən partlayış nəticəsində 6 nəfər ölüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sokoto polisinin sözçüsü Əhməd Rufai açıqlama verib.
 
Partlayışın kustar üsulla hazırlanmış partlayıcı qurğu ilə Qvabro kəndində baş verdiyini bildirilib.
 
Rufai qeyd edib ki, partlayış nəticəsində 6 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Rufai hadisə ilə bağlı araşdırmanın davam etdiyini vurğulasa da, partlayışla bağlı təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Oksana

OXŞAR XƏBƏRLƏR