Nigeriyada silahlı qarşıdurma: 13 nəfər öldü

DÜNYA
15:07 22.10.2024
123
Nigeriyanın Anambra əyalətində iki qruplaşma arasında baş verən qarşıdurmada 13 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Anambra əyalətinin polis sözçüsü Toçukvu İkenqa verdiyi yazılı açıqlamada, qarşədurmaya səbəb əyalətdə keçirilən festival zamanı iki qrup arasında yaranan mübahisə olub.

Hadisədə 13 nəfər həyatını itirib, çox sayda insanın isə yaralanıb.

Bölgədə komendant saatı elan edilib.

Qeyd edək ki, Nigeriyanın cənub əyalətlərində təbii ehtiyatların bölüşdürülməsi məsələləri ilə bağlı qruplar arası mübahisələr tez-tez olur.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR