Nigeriyada qatar gözləyən sərnişinlərə hücum: Onlarla insan qaçırıldı

Nigeriyada qatar gözləyən sərnişinlərə hücum: Onlarla insan qaçırıldı
DÜNYA
18:43 09.01.2023
227
Nigeriyada Edo ştatının cənubundakı Tom İkimi stansiyasında silahlı şəxslər qatar gözləyən sərnişinlərə hücum ediblər.

"AK-47” avtomatlarla silahlanmış şəxslər 30-dan çox adamı qaçırıblar. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Hücum fevralda keçiriləcək prezident seçkisi ərəfəsində Afrikanın ən sıx məskunlaşan ölkəsinin, demək olar ki, hər bir küncünə yayılan qeyri-sabitliyin son nümunəsidir.

Qaçırılanlardan yalnız biri qurtula bilib. Polis axtarış-xilasetmə əməliyyatı aparır.
OXŞAR XƏBƏRLƏR