Nigeriyanın cənub-şərqindəki Enuqu əyalətində silahlı hücum nəticəsində azı 10 nəfər ölüb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, hücum Enuqunun Ohaukvu bölgəsindəki naməlum silahlı şəxslər tərəfindən həyata keçirilib.
İlkin hesablamalara görə, hücumda 10 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.
Təxribatçılar xəstəxana da daxil olmaqla bir çox binanı yandırıb, yerli əhalinin ərzaq məhsullarını oğurlayıb.
Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.
Mikayıl