Nigeriyada silahlılar 200-dən çox şagird və müəllimi məktəbdən qaçırıblar

Nigeriyada silahlılar 200-dən çox şagird və müəllimi məktəbdən qaçırıblar
DÜNYA
09:55 22.11.2025
52
Nigeriyada silahlı şəxslər ölkənin qərb bölgəsindəki katolik məktəbinə hücum edərək 200-dən çox şagird və 12 müəllimi qaçırıblar.

AZXEBER.COM xəbər verir ki, hücum Aqvara yerli hökumətində, Papiri icmasındakı Müqəddəs Məryəm Katolik Məktəbində baş verib.

Agentliyin məlumatına görə, 215 şagird və 12 müəllim qaçırılıb. Nigeriya Xristian Assosiasiyasının (CAN) dövlət bölməsinin nümayəndəsi Daniel Atori bildirib ki, qaçırılanların təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün səylər göstərilir.

\"Report"
OXŞAR XƏBƏRLƏR