Nigeriyada təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı öldürülüb, yaralılar var

Nigeriyada təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı öldürülüb, yaralılar var
DÜNYA
09:14 25.03.2025
179
Nigeriyanın Zamfara əyalətində silahlı dəstə üzvlərinin hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 10 əməkdaşı həlak olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, silahlı dəstə üzvlərinin təhlükəsizlik qüvvələrinə hücumu zamanı təhlükəsizlik qüvvələrinin daha 14 əməkdaşı yaralanıb.

Zamfara valisi Dauda Laval hücumdan sonra keçirilən əməliyyatda çoxlu silahlı dəstə üzvünün öldürüldüyünü bildirib.

Nigeriya uzun müddətdir silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram” və digər terror qruplarının hücumları ilə üzləşib. Ölkədə adam oğurluğuna görə ölüm hökmü qüvvədə olsa da, fidyə qarşılığında adam oğurluğu adi hala çevrilib. Silahlı şəxslər adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır, fidyə tələb edir.
OXŞAR XƏBƏRLƏR