Nigeriyada tikilməkdə olan bina uçub, dağıntılar altında qalanlar var

Nigeriyada tikilməkdə olan bina uçub, dağıntılar altında qalanlar var
DÜNYA
08:11 13.02.2022
337
Nigeriyanın ən böyük şəhəri Laqosda tikilməkdə olan üçmərtəbəli bina çöküb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nigeriyanın Politics Nigeria xəbər portalı məlumat yayıb.

Hadisə nəticəsində işçilər dağıntılar altında qalıb. Artıq iki fəhlə dağılmış tikililərin altından çıxarılıb, onların vəziyyəti barədə məlumat verilmir. Xilasetmə işləri davam edir.

Dağılan bina Laqos Universitetinin yaxınlığındakı Yaba bölgəsində yerləşir. Polis bir neçə küçəni bağlayıb.

Laqosda tikilməkdə olan binanın çökməsi son 4 ayda ikinci hadisədir. Noyabrın 1-də 21 mərtəbəli binanın uçması nəticəsində 38 işçi və tikinti meneceri ölüb.
OXŞAR XƏBƏRLƏR