Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 156-ya yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, 15-21 iyul tarixləri arasında ölkədə 170 vəba hadisəsinin görüldüyü və epidemiyada 3 nəfərin öldüyü bildirilib.
Verilən açıqlamada yanvar ayından bu yana ölkədə 4 min 809 vəba hadisəsinin görüldüyü, epidemiya səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib.
Vəba ilə mübarizə çərçivəsində tibbi ləvazimatlar xəstəliyə qarşı mübarizə, infeksiyanın qarşısının alınması və nəzarət üçün ölkə daxilindəki bütün sağlamlıq mərkəzlərinə göndərilib.
Gülay