Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 359-a yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) açıqlama verib.
Açıqlamada, vəba epidemiyasının yanvar ayından etibarən ölkənin 36 əyalətinə, eləcə də paytaxt Abucaya yayıldığı bildirilib.
Bu il ölkədə 10 min 857 vəba hadisəsinin görüldüyü, epidemiyadan ölənlərin sayının isə 359-a yüksəldiyi bildirilib.
Nigeriyada iqlim dəyişikliyi, kifayət qədər təmiz suyun olmamağı və kanalizasiya kimi problemlərin vəba epidemiyalarının artmasına səbəb olduğu vurğulanıb.
İyunun 26-da vəba epidemiyasına görə fövqəladə vəziyyət elan edilib. Bununla belə, Nigeriyada ötən il 3 mindən çox vəba xəstəsinə rast gəlinib və epidemiyada 100-dən çox adam həyatını itirib.
Qeyd edək ki, qida və su ilə yoluxan vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilir.
Oksana