Nigeriyanın cənubunda 70-dən çox cəsəd tapıldı

Nigeriyanın cənubunda 70-dən çox cəsəd tapıldı
DÜNYA
09:09 31.10.2023
162

Nigeriyanın cənubundakı Abia əyalətində silahlı dəstə üzvlərinə qarşı keçirilən reyd zamanı 70-dən çox cəsəd tapılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın cənubundakı Abia əyalətinin qubernatoru Aleks Otti əyalətdə adam oğurluğu hallarının artması səbəbindən Umunneochi bölgəsində silahlı dəstə üzvlərinə qarşı basqın təşkil edildiyini açıqlayıb. 

Basqın zamanı şok edici kəşflərin edildiyini qeyd edən Otti deyib: 

"Umunneochi bölgəsindəki mal-qara bazarının ətrafında 48 saatdan az bir müddətdə 50-dən çox çürümüş cəsəd və 20-dən çox başsız qadın və uşaq cəsədi tapdıq. Həmçinin çoxlu insan skeletləri tapdıq”. Otti bazarın ətrafındakı ərazinin cinayətkarların sığınacağına çevrilməsindən təəssüfləndiyini bildirib və ştatda tam sülh və təhlükəsizlik təmin olunana qədər silahlı dəstə üzvlərinə qarşı mübarizəni davam etdirəcəyini vəd edib.

Gülay

OXŞAR XƏBƏRLƏR