NİİM-dən şagirdləri məktəblərə aparan sürücülərə MÜRACİƏT

NİİM-dən şagirdləri məktəblərə aparan sürücülərə MÜRACİƏT
SOSİAL
12:37 18.09.2023
150
"Aparılan maarifləndirmə tədbirləri öz effektini verir. Yeni tədris ilinin ilk günündə paytaxt ərazisində təhsil ocaqlarının yaxınlığında və yollarda vəziyyət nisbətən yaxşılığa doğru dəyişib”.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

"Belə ki, bu il sentyabrın 15-də məktəb və universitetlərin yaxınlığında, eləcə də yollarda sıxlıq əvvəlki illərlə müqayisədə az olub. Təhsil müəssisələrinin yaxınlığında yol polisi əməkdaşları tərəfindən də görülən tədbirlərlə övladlarını təhsil ocaqlarına aparan vətəndaşların rahat gediş-gəlişi təmin edilib”, - məlumatda deyilir.

NİİM təbliğat tədbirlərinin davamı olaraq şagirdləri məktəblərə aparan sürücülər üçün hazırladığı maarifləndirici videoçarxı təqdim edib:
 

OXŞAR XƏBƏRLƏR