Gəncə şəhərində "ASAN xidmət"ə nikah bağlamağa gedən gənci avtomobil vurub.
Hadisə şəhərin Heydər Əliyev prospektində, "ASAN xidmət"in yaxınlığında baş verib.
Belə ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədzadə Kamran Eldar oğlu yolu keçmək istəyərkən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Hüseynov Tural Azər oğlunun idarə etdiyi 20-DA-991 dövlət nömrə nişanlı "Fort-Tranzit" markalı avtomobillə vurulub.
Yaralı yaxınlıqdakı Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.