İdeal bədən quruluşu ilə diqqət çəkən aparıcı-model Asuman Krause ana olmaq istədiyini deyib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aparıcı uşaq üçün nikahın mütləq olduğunu deyib:
"Çoxuşaqlı bir ailə istəyirəm. Nikahsız uşaq dünyaya gətirmərəm. Ən böyük xəyalım hamilə qalmaq, hər şey yeyib, kef eləməkdir. Ən az 3 uşağımın olmasını arzulayıram".