Nikaraqua sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 973 min insanın yaşadığı Nikaraquanın paytaxtı Manaqua şəhərindən 75 km cənub-qərbdə, 61 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.