NIKOIL | Bank daima əhaliyə ən mükəmməl bank xidmətlərini təklif edir. Bu gün biz, nəinki, sürətli və rahat, hətta daha sərfəli pul köçürmə sistemlərini təklif edirik. Bugündən etibarən beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, NIKOIL | Bank tərəfindən müştəriyə Bakcell danışıq dəqiqələri hədiyyə ediləcəkdir. Müştəri 500-1000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 10 dəqiqə, 1001-5000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 20 dəqiqə, 5001-10000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 ş.v. məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcəkdir.
Hal-hazırda NIKOIL | Bank-da "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri mövcuddur.
NIKOIL | Bank-da mövcud olan beynəlxalq pul köçürmə sistemləri haqqında məlumatı https://nikoil.az/az/moneytransfer/ səhifəsinə daxil olaraq əldə edə bilərsiniz.