Nikol Paşinyan nəyə görə arvadını Azərbaycana atəş açmağa göndərib?

DÜNYA
15:46 04.09.2020
1750
Yayın son həftəsində Dağlıq Qarabağ münaqişəsi zonasında ən qəribə hadisələrdən biri baş verib: avqustun 25-dən 31-dək Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan başda olmaqla 15 erməni qadın... Azərbaycanın işğal edilmiş ərazilərində hərbi hazırlıq kursu keçib.

AZƏRTAC xəbər verir ki, "Vestnik Kavkaza” nəşrində dərc olunmuş "Nikol Paşinyan nəyə görə arvadını Azərbaycana atəş açmağa göndərib?” sərlövhəli məqalə bu mövzuya həsr edilib.

Məqalədə deyilir: "Ermənistan Müdafiə Nazirliyi "könüllü xalq dəstələri” yaradılması barədə məlumat verdiyi gün nəinki heç vaxt əllərində silah tutmamış, üstəlik "Qadınlar sülh tərəfdarıdır” təşkilatının üzvü olan qadınlar Anna Akopyan tərəfindən qeyri-qanuni şəkildə Ermənistandan Azərbaycanın işğal edilmiş torpaqlarına aparılıb.

Beləliklə, Nikol Paşinyanın arvadı ərinin yeni hərbi layihəsinin həyata keçirilməsinə yönəlmiş ilk addımı atmaqla, Azərbaycan rayonlarının işğalının davam etdirilməsi naminə nələr etməyə hazır olduğunu göstərib. Anna Akopyan Kalaşnikov avtomatı və hücum tüfəngi ilə rəftar etməyi mənimsəyib, döyüş taktikasını (onun şəxsi saytındakı rəsmi informasiyaya görə yalnız müdafiə xarakterli döyüşdən söhbət gedir) öyrənib, yaralı işğalçılara ilk yardım göstərilməsi üzrə məşq keçib.

Hərbi aksiyadan daha çox təşviqat aksiyası olan bu tədbirin yekunlarına əsasən, Qarabağın təcrübəli işğalçıları Akopyanın qrupuna "dörd” qiyməti veriblər, çünki "Qadınlar sülh tərəfdarıdır” təşkilatının iştirakçılarından yalnız 5 nəfəri hər hədəfi 15 saniyə ərzində məhv etmək bacarığını "əla” nümayiş etdirə bilib, qalan qadınlar təsəlliverici "müsbət” qiymətinə layiq görülüblər. Azərbaycana qarşı təlim xarakterli təcavüzə görə baş nazirin arvadının hansı qiymət alması barədə onun saytında məlumat verilmir.

Anna Akopyan Azərbaycan qoşunlarına qarşı müharibə aparmaqda məşq etməyə başlamaq qərarını şərh edərək əminliklə bildirib ki, o özü də, "bir çox başqa qadınlar da əllərinə silah götürməyə, lakin bunu müharibə xatirinə deyil, vətənimizin və uşaqlarımızın müdafiəsi üçün etməyə hazırdırlar”. Bununla belə, Akopyan hərbi hazırlığı Ermənistan ərazisində də keçmək mümkün olduğu halda qadınları nəyə görə məhz Azərbaycanın işğal edilmiş torpaqlarına apardığını izah etməyib (yeri gəlmişkən, Qarabağ nə Paşinyanın arvadının vətəni, nə də onun uşaqlarının yaşadığı yerdir).

Bir tərəfdən, bu aksiyanın mənası aydındır: baş nazir vətəndaşları könüllülər dəstəsinə yığmaq kampaniyasına güclü start vermək və Azərbaycan torpaqlarını işğal etmək naminə heç nəyi əsirgəmədiyini əhaliyə göstərmək üçün öz arvadını rəmzi olaraq qoşunların təmas xəttinə göndərir. Bu halda belə bir aksiyanın əlavə yozumları onu narahat etmir ki, Anna Akopyan könüllülər dəstəsinə birinci olaraq yazılmaqla, Azərbaycanın döyüş mövqelərinə və dinc kəndlərinə birinci olaraq atəş açmaqla əslində könüllülər dəstəsinə başçılıq edib. Bu həm də o deməkdir ki, əgər baş nazir qadınları müharibəyə göndərməyə məcbur olubsa, deməli, kişilərə çox da ümid etmir.

Digər tərəfdən, bu aksiyanı rəsmi Yerevanın digər hərəkətləri ilə bir növ uzlaşdırmağa, məhz Azərbaycan ilə danışıqlar masası arxasına qayıtmaq və Dağlıq Qarabağ münaqişəsini dinc yolla nizamlamaq arzusu barədə bəyanatları ilə əlaqələndirmək istəsək, aksiyanın mənası heçə enir. Burada problem təkcə onda deyil ki, diplomatik prosesə sadiqlikdən dəm vurmaq və eyni zamanda, ölkənin bütün əhalisini döyüş əməliyyatlarına hazırlamaq (beləliklə özünün sülh niyyətində olmasını təkzib etmək) məntiqsizdir. Problem həm də ondadır ki, gözdən pərdə asmaq üçün adi vətəndaşların müharibəyə bu cür hazırlanması Ermənistanın həm hərbi, həm də danışıqlarla bağlı mövqelərinin zəifliyini nümayiş etdirir.

Anna Akopyanın Qarabağda qadınların atəş açmaları barədə, əllərində silah tutan hərbi geyimli qadınların fotoşəkilləri ilə gen-bol müşayiət olunan söhbətinin həqiqi yekunu cinsindən və yaşından asılı olmayaraq Ermənistanın hər bir vətəndaşının Yerevanın işğalçı siyasətini dəstəkləməyə hazır olduğuna deyil, təcavüzkar respublikanın münaqişə zonasında status-kvonu saxlamaq resurslarının tükənməsinə dəlalət edir. Nikol Paşinyan arvadını Azərbaycanda müharibə aparmağa göndərməklə etiraf edib ki, onun nizami orduya ümidi yoxdur və erməni silahının gücündən dəm vurmaqla əslində yenidən öz zəifliyini göstərib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında marağı olan hər kəs bu etirafı eşitdi”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:30 29.10.2020

Ermənistanın 3-cü ordu korpusunda üsyan

23:46 28.10.2020

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

23:34 28.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO

23:28 28.10.2020

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

23:14 28.10.2020

Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” - VİDEO

23:07 28.10.2020

XİN rəhbəri İqnasio Kassislə də telefonda danışdı

23:05 28.10.2020

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

22:58 28.10.2020

“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

22:50 28.10.2020

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

22:30 28.10.2020

Prezident: “Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib”

22:20 28.10.2020

Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

21:58 28.10.2020

Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü - VİDEO

21:39 28.10.2020

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

21:25 28.10.2020

Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlandı

21:09 28.10.2020

İlham Əliyev: "Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb"

20:42 28.10.2020

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib