Nikol Paşinyan Parisdə təhqir edildi

Nikol Paşinyan Parisdə təhqir edildi
DÜNYA
23:40 01.06.2021
804
Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında Fransa erməniləri Ermənistanın baş naziri vəzifəsinin icra edən Nikol Paşinyanın bu ölkəyə səfərinə qarşı kütləvi narazılıqlarını ifadə ediblər.

Bu barədə AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Fransa erməniləri Paşinyanın gəlişi ilə əlaqədar binanın qarşısında etiraz aksiyası keçiriblər.

Onlar "Nikol, satqın" şüarlarını səsləndiriblər və "Təslimçi", "Satqın" sözlərinin yazıldığı plakatlar qaldırıblar.

Etirazçılardan biri Paşinyanın "köpək kimi gəbərməsini” arzulayaraq, "bu, sondur, bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir”, - deyə qışqırıb.

OXŞAR XƏBƏRLƏR