Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, fevralın 19-da Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edəcək. AZXEBER.COM xəbər verir ki, Paşinyan bu barədə İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransı zamanı danışıb. "Mən ABŞ Prezidenti Donald Trampın fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak etmək dəvətini aldım və məmnuniyyətlə qəbul etdim", - o deyib.