Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”

Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
SİYASƏT
00:58 15.08.2025
241
Ermənistanın baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin "Fox News” telekanalına müsahibə verib.

AZXEBER.COM xəbər verir ki, Vaşinqton razılaşmasının region ölkələri üçün iqtisadi və siyasi faydalarını vurğulayan Ermənistanın baş naziri "Tramp yolu”nun məqsədinin fikir ayrılıqlarını və gərginliyi artırmaq olmadığını bildirib və bu layihənin İran, Rusiya və Türkiyəyə də fayda verə biləcəyini bildirib. 

Paşinyan deyib ki, bu razılaşma həyata keçərsə, məsələn, İran Fars körfəzini Qara dənizə birləşdirən dəmir yolundan faydalana biləcək, Rusiya və İran da iki ölkə arasında birbaşa dəmir yolu xətti yaratmaq imkanı əldə edəcək.

O həmçinin deyib ki, İrəvan, Bakı və Vaşinqton arasında bu yaxınlarda imzalanmış sazişin "İran və Rusiya üçün də nəzərəçarpacaq faydaları var”.
OXŞAR XƏBƏRLƏR