Nikola Yurçeviç: "Qazanmaq üçün optimist olmalıyıq"

İDMAN
21:37 15.11.2019
29699
"Beş gündür ki, toplanışdayıq. Komandadakı əhval-ruhiyyə yaxşıdır. Heyətdə bəzi oyunçular var ki, oynaya bilməyəcək. Bunlara Maksim Medvedev də əlavə olunub. Onun da oynamaq ehtimalı çox azdır. Matçlara baxanda görürük ki, son beş dəqiqədə məğlub oluruq. Bu görüşlərdə bəxtimiz də gətirməyib. Optimist olmalıyıq ki, qarşıdakı matçlarda yaxşı nəticələr olsun".

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, komandanın əsas oyunçuları sıradan çıxıb: "Onları əvəz etmək asan olmayacaq. Ümid edirəm ki, komandaya cəlb olunanlar onları layiqincə əvəz edə biləcəklər".

Xorvatiyalı məşqçi dörd oyunun analizlərinə görə ümidli olduğunu sözlərinə əlavə edib: "Uelslə səfər matçında 85 dəqiqə bir xala layiq idik. Xorvatiyadan xal aldıq. Bəhreyndə isti hava şəraitində qələbə qazandıq. Macarıstanda isə son 15-20 dəqiqə yaxşı oynadıq. Qol vurdurq, amma hakim qeydə almadı.

Yurçeviç start heyəti açıqlamamasının səbəbini də açıqlayıb: "Burada hansısa sirri qorumaq kimi fikrim yoxdur. Maksim Medvedevin durumu bəlli deyil. Qalan 9 oyunçunu həmişə demişik".

Mütəxəssis Cavid Hüseynov haqqında da fikirlərini bölüşüb. O, "Keşlə"də çıxış edən Slavik Alxasovun yığmaya çağırılmamasına da toxunub: "Cavid son oyunlarda komandaya kömək edib. Cavidin oyunlarını izləmişik. Heyəti müəyyənləşdirmək asan deyil. Seçim imkanlarımız da çox deyil. Rəşad Eyyubov klubunda oynamadığı üçün çağırmadıq. Eddi İsrafilov gələ bilmədi və Elvin Camalovu cəlb etdik. Cavid Hüseynov təcrübəli oyunçudur. Slavik Alxasovun oynadığı mövqedə çox futbolçumuz var. Amma bu o demək deyil ki, onun üzünə qapıları bağlamışıq".

Yurçeviç millidəki debütantlar Elvin Camalovla Vüsal İsgəndərlinin meydanda olmaq ehtimalından da danışıb: "Ola bilər ki, hər ikisi oynasın. Yaxud biri oynasın, ümumiyyətlə, heç biri oynamasın. Hər ikisi məşqlərdə özlərini yaxşı göstərib və onlardan razı qaldım. Vüsal pozitiv futbolçudur, sürətli reydləri ilə rəqibə narahatlıq yarada bilir. Elvin də mövqeyində aqressivdir. Onlar da digərləri ilə eyni vəziyyətdədir. Şans qazana bilərlər. Oynayıb-oynamamalarından asılı olmayaraq, gələcəyin futbolçularıdır".

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq.
 
///Unikal.org

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:02 23.09.2020

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı - Siyahıda Azərbaycan yoxdur

12:51 23.09.2020

Aleksandr Lukaşenko and içərək 6-cı dəfə prezident kimi fəaliyyətə başladı

12:40 23.09.2020

Müdafiə Nazirliyi təlimlərdən daha bir video yaydı - VİDEO

12:25 23.09.2020

Azad Rəhimov: "Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq"

12:22 23.09.2020

Təlimlərə çağırılan vətəndaşlar döyüşə hazır olduqlarını bəyan edirlər - VİDEO

12:07 23.09.2020

XİN-in idarə rəisi həbsdən buraxıldı

11:58 23.09.2020

10 əməkdaşı koronavirusa yoluxan məktəbdən görüntülər - VİDEO

11:55 23.09.2020

Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızla bağlı açıqlama yaydı

11:37 23.09.2020

Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib

11:28 23.09.2020

Bakıda evinə dövlət məmurları gələn kişi atəş açdı

11:11 23.09.2020

Deputat da “Pikap”ların yığılmasından danışdı

10:45 23.09.2020

Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə: Nazirlik qərar verdi

10:39 23.09.2020

Həkimlərin səhvi üzündən gəlin toydan bir neçə gün sonra öldü

10:38 23.09.2020

Sahibə Qafarova: "Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib"

10:37 23.09.2020

İsveç koronavirusa təslim oldu: Karantinə hazırlaşır

10:33 23.09.2020

BDU müəlliminin yeni dərs vəsaiti nəşr olundu

X Mostbet