“Ukraynadakı və Dağlıq Qarabağdakı münaqişələr siyasi danışıqlar çərçivəsində yalnız sülh yolu ilə həll edilə bilər”.
APA-nın xəbərinə görə, bunu Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja “Vesti 24” telekanalına müsahibəsində deyib.
"Bu gün münaqişələrin sülh yolu ilə həllinə alternativ yoxdur. Bu, yalnız Ukrayna üçün deyil, həmçinin Dağlıq Qarbağ münaqişəsi üçün də keçərlidir. Ukraynadakı mövcud problemlərin siyasi həll formaları tapılmalıdır. Mən bütün münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirəm".