Nikolayevin meri: Şəhər kasset bombalarla atəşə tutulub, 10 mülki şəxs həlak olub

Nikolayevin meri: Şəhər kasset bombalarla atəşə tutulub, 10 mülki şəxs həlak olub
DÜNYA
23:22 04.04.2022
373

Bu gün Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

Bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, şəhərdə bir dənə də olsun hərbi obyekt, zavod, yanacaq və ya partlayıcı materialların saxlanıldığı yer yoxdur.

Nikolayev şəhərinin meri əlavə edib ki, şəhər kasset bombaları ilə atəşə tutulub.
OXŞAR XƏBƏRLƏR