“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib

“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
MAQAZİN
23:56 07.09.2026
959
"Nikosayağı" kimi tanınan bloqer Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb.

O, bu barədə sosial şəbəkədə paylaşım edib.

"Bu videonu bəzi bədən üzvlərini itirmiş qazi qardaşlarım üçün çəkirəm. Son vaxtlar mənə çoxsaylı mesajlar gəlir. Bildirilir ki, xaricdə iki qolunu itirmiş bir gəncə əməliyyat zamanı iki qol transplantasiya edilib. Bununla bağlı Türkiyəyə getdim və araşdırma apardım.

Dünyanın heç bir yerində bir qolun transplantasiyası həyata keçirilmir, yalnız iki qolun köçürülməsi mümkündür. Türkiyədə belə əməliyyatlar yalnız öz vətəndaşlarına tətbiq olunur və ölkədə bu prosedur dövlət tərəfindən ödənişsiz həyata keçirilir. Həmçinin hər bir ölkə öz vətəndaşlarına orqan köçürməsi edə bilər.
 
Transplantasiya həyata keçirildikdən sonra insan ömürboyu hormonal bir dərmanlardan istifadə etməlidir. Bu dərmanlar immun sisteminin fəaliyyətini zəiflədir. Çünki transplantasiya olunmuş orqanı orqanizm yad toxuma kimi qəbul edə və onu rədd edə bilər. Bu səbəbdən immun sisteminin reaksiyasının qarşısını almaq üçün tətbiq olunur.

Belə dərmanlardan istifadə edən insanların immun sistemi zəiflədiyindən infeksiyalara qarşı daha həssas olurlar. Barmaq kəsilsə, əlin biləkdən amputasiyasına gətirib çıxara bilər. Sağlam insan qrip olanda 5 gün evdə isti çay içib, özünə qulluq edib düzələ bilirsə, bu hormonal dərmanı qəbul edənlər qrip olsalar belə, xəstəxanada uzunmüddətli müalicə olunmalıdır.

Qısa şəkildə demək istəyirəm ki, bədənə hər hansı bir üzvün transplantasiya edilməsi qətiyyən məsləhətli bir şey deyil. Allah hər birimizi var eləsin. Allah qazilərimizə və bütün xəstələrimizə şəfa versin".

Qeyd edək ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub. 

/axşam.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək