“Nikosayağı”nın məhkəməsi başlayır

“Nikosayağı”nın məhkəməsi başlayır
SOSİAL
09:44 07.03.2024
141
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən "Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

AZXEBER.COM "Oxu.az"-a istinadən xəbər verir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq.

N.Şakirli artıq məhkəmə salonuna gəlib. Onun atası, qardaşı, eləcə də bloqer dostları məhkəmə prosesində iştirak edəcəklər.

Məhkəmə prosesi 09:30-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR