Nişan üzüyü ilə basdırıldığı torpaqdan çıxa bildi

MARAQLI
10:20 20.12.2011
2441

İngiltərədə keçirilən məhkəmə prossesində Marçi Kasprjak adlı gənc öz nişanlısını öldürməyə cəhd etməkdə təqsirli bilinib.

AZXEBER.COM-un verdiyi məlumata görə, 25 yaşındakı Kasprjak nişanlısı Mişelina Levandovskanı qısqanclıq zəminində öldürmək istəyib. Kasprjak nişanlısının evinə gələrək onunla mübahisə etməyə başlayıb. O, mübahisənin ardından gənc qızın əlini və qolunu bağlayıb. Kasprjak bunun ardından 27 yaşlı nişanlısını karton qutuya qoyaraq onu torpağa basdırıb.

Gənc qız isə bir neçə saatdan sonra nişan üzüyü ilə ipi kəsməyə nail olub və özünü xilas edib. O bunun ardından polisə müraciət edərək, nişanlısının onu öldürmək istədiyini bildirib: “Mən nişan üzüyüm ilə əlimi və ayağımı bağladığı lenti kəsə bildim və öz gücümlə 10 sm torplaq altındakı qutudan çıxa bildim".

Mən nişan üzüyüm ilə əlimi və ayağımı bağladığı lenti kəsə bildirm və öz gücümlə 10 sm torplaq altındakı qutudan çıxa bildim".

OXŞAR XƏBƏRLƏR