Nişanlısını 15-ci mərtəbədən atdı

DÜNYA
16:08 28.11.2013
1387
Avstraliyada Saymon Jitaniadlı iş adamı ondan ayrılmaq istəyən nişanlısı Layzanı eyvandan ataraq öldürməkdə suçlanıb.
Qorxunc olay 2011-ci avqustunda Sidneydə, lüks apartamentlərdən birində yaşanmışdı. Kanadalı sabiq balerina, model Layza Harnum 15-ci mərtəbədəki mənzilin eyvanından düşərək can vermişdi.
40 yaşlı Saymon Jitani nişanlısının depressiyaya qapıldığını, eyvandan atılaraq intihar etdiyini deyirdi.
Fəqət, onun iddialarını puç edən videomüşahidə kamerası çəkilişləri ortaya çıxıb.
Videoda aşkar görünür ki, iş adamı ondan ayrılmaq istəyən və qışqıran Layzanın ağzını əli ilə qapadıb sürüyür. Laysa bu videodakı görüntülərdən 90 saniyə sonra eyvandan yıxılıb.
Qonşuların dediklərinə görə, Layza "Kömək edin!" qışqırırdı.
Saymon Jitaninin məhkəməsi gələn ilin fevral ayında başa çatacaq.(Milli.az)

OXŞAR XƏBƏRLƏR