“Niva” “Galendevagen”lə toqquşdu - Xəsarət alan var

“Niva” “Galendevagen”lə toqquşdu - Xəsarət alan var
SOSİAL
21:44 19.01.2019
4102
Mingəçevirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, günorta saatlarında şəhərin Nəriman Nərimanov küçəsində Mingəçevir şəhər sakini Hamlet Yusifovun idarə etdiyi "Niva” markalı minik avtomobili Vusal Bağırovun idarə etdiyi "Mercedes Galendevagen”lə toqquşub.

Nəticədə "Niva”da sərnişin qismində olan, hələlik adı bəlli olmayan bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR