“Niva”yla Bakıdan Cəlilabada piknikə gedənlər cəzalandırıldı

“Niva”yla Bakıdan Cəlilabada piknikə gedənlər cəzalandırıldı
SOSİAL
10:12 30.07.2020
628
Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini olan Elvin Süleymanzadənin idarə etdiyi "Niva” markalı avtomobil saxlanılıb.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan Bakı sakinləri Nahid Qasımov, Habil Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada getdikləri müəyyən edilib.

Onların dincəlmək məqsədilə piknik təşkil etmək üçün gəldikləri məlum olub.

Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

OXŞAR XƏBƏRLƏR