Niyam Salami Səidə Sultana evlilik təklifi edib

Niyam Salami Səidə Sultana evlilik təklifi edib
MAQAZİN
17:48 23.01.2017
1552

 

"ARB Ulduz”da yayımlanan "Şou-məkan” proqramının növbəti qonağı müğənni Niyam Salami olub. 

İfaçı həmkarı və duet ortağı Səidə Sultana evlilik təklifi etdiyini söyləyib.

"Sözün açığını deyim ki, mən ona evlilik təklifi etmişdim. Ona da şərəf oldu. Dedi ki, "Niyam, mənim üçün bu təklif şərəfdir. Sən mənim qaqaşımsan. Sənə görə ölümə belə gedərəm”.

Gördüm rəng alıb, rəng verdi. Ola bilər ki, indi ağlı başına gələr, 1-2 ildən sonra razılıq verər. Dostumdur, belə şeyə çox yaxşı baxıram. Zarafatla dedim ki, sonra sən peşman olsan, onda da mən razı olmayacağam”.

OXŞAR XƏBƏRLƏR