Niyə bəzi insanlar həmişə gecikir? - Maraqlı səbəb

Niyə bəzi insanlar həmişə gecikir? - Maraqlı səbəb
SOSİAL
00:13 25.07.2026
941
Kimisi görüşə, işə və ya tədbirə hər zaman vaxtında gəlir, kimisi isə nə qədər çalışsa da, həmişə gecikir. Maraqlıdır ki, bu vərdiş hər zaman məsuliyyətsizlik və ya başqalarına hörmətsizlikdən qaynaqlanmır. Psixoloqların fikrincə, davamlı gecikmənin arxasında insanın şəxsiyyət xüsusiyyətləri, düşüncə tərzi və gündəlik davranış vərdişləri dayanır.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, bunun başlıca səbəbi bəzi insanların vaxtı olduğundan daha geniş qiymətləndirirməsidir. Onlar müəyyən işi başa çatdırmaq üçün lazım olan müddəti olduğundan qısa hesab edir və nəticədə planlaşdırdıqları saatdan gec çıxırlar. Psixologiyada bu hal bəzən "planlaşdırma yanlışığı” kimi izah edilir. İnsan beyni gələcək tapşırıqların daha tez tamamlanacağını düşünməyə meylli olur.

Davamlı gecikən insanların bir qismi isə eyni anda çox iş görməyə çalışır. Evdən çıxmazdan əvvəl əlavə bir elektron məktuba cavab vermək, otağı yığışdırmaq və ya qısa telefon danışığı etmək istəyirlər. Hər biri cəmi bir neçə dəqiqə çəksə də, bu kiçik gecikmələr üst-üstə yığıldıqda nəzərdə tutulan vaxtı aşır.

Psixoloqların fikrincə, bəzən gecikmə stres və narahatlıq hissi ilə də bağlı olur. Məsuliyyətli görüş və ya vacib təqdimat öncəsi yaranan gərginlik bəzi insanlarda qərar verməyi ləngidir. Nəticədə onlar evdən çıxmağı gecikdirir və vaxt itkisi yaşayırlar.

Şəxsiyyət xüsusiyyətləri də bu davranışa təsir edir. Məsələn, spontan qərarlar verməyi sevən, planlardan çox anın axarına uyğun hərəkət edən insanlar vaxt cədvəlinə riayət etməkdə daha çox çətinlik çəkirlər. Digər tərəfdən, yüksək intizamlı və planlı insanlar adətən vaxtı daha dəqiq idarə edə bilirlər.

Mütəxəssislər bildirirlər ki, davamlı gecikmək iş həyatında və şəxsi münasibətlərdə etibarın azalmasına səbəb ola bilər. Qarşı tərəf bunu məsuliyyətsizlik və ya hörmətsizlik kimi qəbul edə bilər. Halbuki, gecikən insanın niyyəti çox vaxt bu olmur.

Psixoloqlar bu vərdişi dəyişməyin mümkün olduğunu deyirlər. Bunun üçün görüşlərə hazırlaşarkən yol ehtimalını, tıxac riskini və digər gözlənilməz halları nəzərə alaraq ən azı 10-15 dəqiqə əlavə vaxt planlaşdırmaq tövsiyə edilir. Gün ərzində görüləcək işləri prioritetləşdirmək, telefonda xatırlatmalardan istifadə etmək və evdən çıxış saatını əvvəlcədən müəyyənləşdirmək də faydalı üsullar hesab olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH