Niyə "facebook"dan yaxa qurtarmaq mümkün deyil?- PSİXOLOQ ARAŞDIRMASI

MARAQLI
11:28 16.09.2011
2134

Bütün dünyada 700 milyondan çox insan "Facebook" sosial şəbəkəsindən istifadə edir. Zaman keçdikcə istifadəçilərin sayını artıran və yeni-yeni rekordlar qıran dünyanın ən böyük sosial şəbəkəsi təsadüfi deyil ki, psixoloq və sosioloqların əsas araşdırma hədəfinə çevrilib. Araşdırmalar zamanı bəzi maraqlı nəticələr əldə edilib. Psixoloqların dediyinə inansaq, şəbəkədən tez-tez istifadə edənlərdə özünə inam hissi azalır. Psixoloqlar həm də bu insanlarda psixoloji problemlərin artdığını bildirir. Onlarda paxıllıq hissinin çoxaldığı, narsistliyə meyllilik kimi mənfi nöqsanların artdığı qeyd olunur. Kanadanın York universitetinin mütəxəssisləri belə nəticəyə gəlib ki, "Facebook" səhifələrini tez-tez yeniləyən insanların çoxu narsistliyə (özünəvurğunluq) meyilli olanlar, ya da özünə inam hissi olmayanlardır. Araşdırma göstərib ki, qızlar daha çox cəlbedici şəkillər yerləşdirməyə, oğlanlar isə özləri haqqında olan məlumatı daha maraqlı yazmağa çalışırlar. Ən uğurlu vaxt cümə günüdür "Facebook" səhifənizi yeniləmək üçün ən uğurlu gün Cümə günüdür. Ən uğursuz vaxt isə həftə sonudur. Sosial media şirkətlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, facebook səhifələrinin yenilənməsi üçün ən uğurlu vaxt cümə günü səhər saatlarıdır. Məlum olub ki, şəkillər videolardan 22 %, yazılardan isə 54% daha çox tıklanır. Bundan əlavə, günortadan əvvəl edilən yeniləmələr, sonra edilənlərdən 65 % daha çox marağa səbəb olur. "Facebook"dan çox istifadə edənlər dərslərində uğursuz olurlar Hollandiyalı psixoloqlar dərs öyrənən vaxt ərzində "Facebook"dan istifadə edən tələbələrinin dərs qiymətlərinin aşağı düşdüyünü qeydə alıb. Səhər tualetə getməmişdən əvvəl, mütləq "Facebook"a daxil olanlar 18-34 yaş arasında qızlar arasında aparılan araşdırmalar göstərib ki, onların 34 %-i səhər oyandıqda tualetə getməmişdən əvvəl, mütləq "Face"ə daxil olurlar. Araşdırmada iştirak edən insanların 39 %-i özünü "Facebook" aludəçisi kimi qələmə verib. Bundan əlavə, onların 49 %-i sevgililərinin "Face" hesabını "hak" edərək nəzarətdə saxlamağı normal qəbul edib. Bəlkə Facebook sizi daha xoşbəxt edir? İngiltərə Kompyuter Birliyi (İKB) sosial şəbəkələrdə çox vaxt keçirməyin insanları ətraf mühitdən uzaqlaşdırdığı haqda fikirlərə qarşı çıxır. İKB-nin araşdırmalarına görə, "Facebook" kimi sosial şəbəkələr insan həyatına müsbət təsir edir. Sosial şəbəkələrdən hamının-qadınların, aşağı gəlirli insanların, təhsili aşağı olanların da istifadə edə bilməsi onları daha xoşbəxt edir.

Arif Nuri

“aztibb.com” portalının baş redaktoru

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura