Niyə iki Koroğluya bir Nigar?

MƏDƏNİYYƏT
00:05 12.05.2012
2238

Cəvahir Səlimqızı

“Bu gün ən çox tənqid olunan kimdir” sualına yəqin, hamı bir ağızdan cavab verər ki, şou əhli. Az qalıb ki, qlobal istiləşmənin səbəbini də onların ayağına yazsınlar. Bununla onların aydan arı, sudan duru olduqlarını söyləmək fikrində deyiləm, əsla, sadəcə məsələyə bir qədər fərqli prizmadan yanaşmaq istəyirəm.

Bu gün şou əhlinin yaratdığı əcaib mənzərə səbəb yox, nəticədir. Bu nəticəni də demək olar ki, gecə-gündüz baltalayırlar.Odur ki, diqqətləri bir qədər səbəb tərəfə yönəldək. Bu fikirləri paylaşmağıma səbəbsə elə şou əhlinin tüğyan elədiyi ATV telekanalında yayımlanan “Canlı səs” proqramı oldu. Daha doğrusu bu proqramda vokalçıların yarışması.

Əvvəla, vokal sənəti akademik sənət nümunəsi olaraq məhdud tamaşaçı çevrəsinə hesablanıb və dünya miqyaslı ən məşhur tenorlar, sopranoların adlarını bilənlərin sayını barmaqla saymaq olar. Məşhur vokalçılardan şou-biznes layihələrində görünən, kütləvi piara imza atan nümunələr də var. Türkiyənin ən güclü səslərindən olan Sertab Erenerin hansı operada hansı partiyaları ifa etdiyi heç kim bilməsə də, onun ifa etdiyi pop musiqilərin melodiyalarını, adlarını demək olar ki, hamı bilir.

İndi isə gələk Samirlə Ülvinin yarışmasına. Daha çox qalmaqallı sənətçi kimi tanınan Ülvi sərt açıqlamaları ilə yadda qalsa da, səs imkanlarını Xumar Qədimova ilə oxuduğu «Məhəbbət nəğməsi» adlı duetdə göstərə bildi, bununla da Ülvi Qılınc adını gündəmə yazdı. Bu yanaşma proqram boyu da özünü göstərdi.

Məhz Xumar Qədimova ilə oxuduğu layihədən sonra diqqətləri üzərinə çəkən Samir Cəfərov da maraqlı açıqlamaları ilə yadda qaldı. Vokalçıların estrada musiqisinə müraciətini dolayısıyla lazımlı olduğunu bildirən Samir “Sevgi harayı”nı məmnuniyyətlə ifa etdiyini söylədi.

Veriliş boyu bütün sual-cavablar demək olar ki, vokalçıların dueti ətrafında idi və proqram sanki Xumar Qədimovanın fonunda cərəyan edirdi. Maraqlıdır , niyə məhz Xumar Qədimova? Niyə iki Koroğluya bir Nigar?Vokalçıların hədəfi piar, gündəm olsa da, nəticə etibarilə səs imkanlarını güclü sənət nümunəsilə uzlaşdırmaq məcburiyyətindədirlər və bu seçim imkanın nə qədər məhdud olması da göz önündədir. Bu nüans proqram boyu sətiraltıolaraq vurğulandı. Heç bir ifaçı Xumar Qədimovanı nə ağızdolusu tərifləmədi, nə də onu bir nömrə, diva adlandırmadı. Həmçinin Samir Cəfərov bu titul sahiblərini dolayısıyla bəyənmədiyini dedi: “Ad açıqlamayacam, mənəxalq və əməkdar artistlərdən çox müraciətlər olsa da, mən hələ müsbət cavab verməmişəm”.

Vokal sənətində böyük uğurları olan əməkdar artist Samir Cəfərov daha bir açıqlamasında Xumar Qədimovanın kompozisiyasını Fikrət Əmirovdan sonra bu janrda işlənmiş ikinci nümunə adlandırdı.

Görünən məqam və həm də sözümün canı bundadır ki, bu gün gündəm çoxlarına lazımdır. Gündəm naminə sənəti olmayıb ucuz piarla özlərini gülünc vəziyyətə salanlar da var, düzgün seçim edib keyfiyyətli işlərə imza atanlar da. Elə Samir Cəfərovun Xumar Qədimova ilə işbirliyi kimi.

Hər halda, gündəmdə qalmaq üçün bu metoddan da istifadə etməyə dəyər. (merkez.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb